İdmançımız ermənini udub finala çıxdı

İdmançımız ermənini udub finala çıxdı
İdman 1038

Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində finalçılar məlum olub.

BAKU.WS-in verdiyi məlumata görə, milli komandamızın iki üzvü həlledici döyüşə vəsiqə qazanıb. 69 kq çəki dərəcəsində mübarizə aparan İsmayil Hüseynov yarımfinalda polşalı Sebasytyan Viktorzak üzərində qələbə qazanıb - 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl Nevinlə üz-üzə gələcək.

Ruslan Rüstəmovun (49 kq) yarımfinaldakı qələbəsi daha parlaq olub. Həmyerlimiz Ermənistan nümayəndəsi Alen Danielyanı məğlub edib - 3:0. Millimizin üzvü finalda irlandiyalı Stefen Makkennayla qarşılaşacaq.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Elməddin İsmayılov isə yarımfinalda almaniyalı Denis Qaşiyə uduzaraq, bürünc medalla kifayətlənib.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər