26 il gözlənilən qələbə, 10 min almazla hazırlanan hədiyyə

26 il gözlənilən qələbə, 10 min almazla hazırlanan hədiyyə
İdman 1470
Qış Olimpiya oyunlarında final mərhələsində qələbə qazanaraq qızıl medala sahib olan Rusiyanın hokkey komandasına qeyri-adi hədiyyə edilib. BAKU.WS-in məlumatına görə, idmançılar üçün xüsusi açıqca hazırlanıb. Amma bu açıqca 10 min almazla bəzədilib. Açıqcanın üzərində hokkeyçi təsvir edilib. Onun geyimi, buz parçaları isə almazlarla bəzədilib. Bu barədə "Якутия 24" kanalının yayımında məlumat veriblər. Qeyri-adi hədiyyəni Rusiyanın ən iri almaz istehsalçılarından biri "Alrosa" hazırlayıb. "Biz bu qələbəni 26 il gözləmişik. Hansısa konkret hadisə ilə bağlı çox nadir hallarda kompozisiya hazırlayırıq. Ancaq bu qələbəni qeyd etməyə bilməzdik", deyə dizayner rəssam bildirib. Açıqcanın hazırlanması üçün 10 minə yaxın qiymətli daş lazım olub. Onların ümumi çəkisi 4 min karatdır. Bu isə 800 qram deməkdir. Qeyd edək ki, finalda rusiyalı hokkeyçilər Almaniya yığmasını əlavə vaxtda qalib 4:3 hesabı ilə qalib gəlib.İmanBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Qarabağ” 1/4 finalda

“Qarabağ” 1/4 finalda

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub. "Qarabağ"dan sonra "Neftçi" 1/8 finalda rəqibini üstələyib."Ağ-qaralar" "...

2525 İdman 20:16 28 noyabr 2017

Son xəbərlər