SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Azərbaycanın dövlət siyasətinin başlıca sahələrindən biri də idmandır. Artıq bir ildir fəaliyyət göstərən "TT Fight Club" ölkənin ən güclü MMA ustadlarını bir yerə gətirib.
 
Məqsədimiz dünyada ən reytinqli idman növlərindən olan MMA-nın Azərbaycanda inkişafını təmin etmək, yeni-yeni çempionları yetişdirməklə bayrağımızı beynəlxalq arenada dalğalandırmaqdır.
 
Başda baş məşqçi Şəhriyar Abbasov olmaqla, Səbuhi Quliyev (57 kq), Vüqar Məmmədzadə (61 kq), Cəfər İsmiyev (66kq), Nəriman Abbasov (70 kq), Hüseyn Əliyev (77 kq), Anar Hüseynov (84 kq), Bəxtiyar Abbasov (93 kq) MMA-nın  WMMAF növü üzrə beynəlxalq dünya çempionatında iştirak etmiş və birinci yeri qazanmışlar!
 
Bu gün "TT Fight Club" ad gününü qeyd edir. Bir il çox böyük vaxt deyil, amma klub bu zaman ərzində çox şeyə nail olub. Çempionları böyütmək vacib iş olsa da, yaxşı və mehriban insan, yalnız özünü müdafiə edə bilən deyil, zəiflərin tərəfini tutan, böyüklərə hörmət və ehtiramla yanaşan və vətəninin əsl vətəndaşı olmağı bacaran insanı böyütmək daha vacibdir.
 
Bir ildir uğurla fəaliyyət göstərən "TT Fight Club"u BAKU.WS kollektivi də təbrik edir və gələcək işlərində uğurlar arzulayır!
 
BAKU.WS