VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 

IV İslam Həmrəylik Oyunlarında futbol yarışlarının püşkatma mərasimi olub.
 
Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi olub. Yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.
 
Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.
 
Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.
 
Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.
 
BAKU.WS