SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Bu gün peşəkarlar kikboksinqçilər arasında VIII Heydər Əliyev Kuboku keçiriləcək.
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan və İran idmançıları döyüşəcəkləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda üz-üzə gələcək.
 
Görüşlərdən öncə baş tutan tədbirdə WAKO ASIA-nın prezidenti Nasser Nassiri, İran-Azərbaycan ölkələrinin kikboksinq federasiyalarının rəsmiləri, komandaların baş məşqçiləri və idmançılar iştirak edib. 
 
Rəsmilərin açılış nitqindən sonra çəki mərasimi olub. Bu gün Boks Mərkəzində baş tutacaq yarış saat 18:00-da başlayacaq.
 
Azərbaycan kikboksinqçilərindən Elşən Qəniyev (63,5 kq) İraj Muradilə, Ruslan Musayev (67 kq) Həmid Amninilə, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədilə, Alışan Aslanlı isə (75 kq) Seyid Əmirinilə münasibətlərinə aydınlıq gətirəcək. K-1 döyüşçülərdən Ramal Aslanov (71 kq) Həmid Asli ilə, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi ilə və Orxan Məlikov (86 kq) Omid Nüsrəti ilə və üz-üzə gələcək.
 
Şahin Həbibov
BAKU.WS