"Səbail" mərakeşli forvardı transfer edib

Səbail mərakeşli forvardı transfer edib
İdman 36

"Səbail" heyətini daha bir hücumçu ilə gücləndirib.

BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, "dənizçilər" Ayman Buali ilə 1 illik müqavilə bağlayıblar.

Mərakeşli futbolçu komandaya sərbəst agent kimi qoşulub. Onun çıxış etdiyi son klub "Ümraniyəspor" (Türkiyə) olub. Buali 2023/2024 mövsümündə 21 oyunda 1 qolla yadda qalıb.

Qeyd edək ki, Buali "Səbail" 4-cü əcnəbi transferi olub. Komanda bundan əvvəl ukraynalı Dmitri Litvin, albaniyalı Amir Bilali və ispaniyalı Qorka Laruçça ilə müqavilə bağlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər