Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub
İdman 22

Azərbaycan kişi voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

"Report" xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.

Qarşılaşma boyunca üstün olan meydan sahibləri yığmamızı 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub.

Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər