Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

31
may
2024
19:58
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.
Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi səfərdə Estoniyanı məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qon...
