SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransa millisinin və PSJ klubunun 25 yaşlı fransız hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Fransa millisinin tərkibində iştirak etməyəcək.

Bu barədə BAKU.WS xarici mediaya istinadən xəbər verir.

"Real Madrid"dəki mənbələr bildirib ki, Mbappenin Olimpiadada iştirakı məsələsi gündəmdə deyil və 2024-cü ilin avqustunda forvard baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında mövsümöncəsi təlim-məşq toplanışına qatılacaq.

Daha əvvəl də mətbuatda Parisdə Fransa prezidenti Emmanuel Makron ilə "Real Madrid"in prezidenti Florentino Peres arasında Mbappenin Olimpiadada mümkün iştirakı ilə bağlı danışıqlara dair məlumatlar yayılıb.

Xatırladaq ki, 2024-cü ilin yayında Kilian Mbappe müqaviləsinin başa çatması səbəbindən bu mövsüm PSJ-dən ayrılacaq və mətbuatda yayılan xəbərlərə görə, azad agent kimi Madrid "Real"ına keçəcək.

BAKU.WS