SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi müəyyyənləşib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Bayer" sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Xabi Alonsonun komandası 29-cu turda "Verder"i qəbul edib.

Komandalar Leverkuzendəki "Bay Arena"da qarşılaşıblar. Qarşılaşmanı Harm Osmersin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Leverkuzen təmsilçisi rəqibini 5 cavabsız qolla üstələyib. "Bayer" sona 5 tur qalmış xallarının sayını 79-a çatdırıb və 2-ci yerdəki "Bavariya"nı 16 xal qabaqlayıb. Nəticədə komanda tarixində ilk dəfə Almaniya çempionu olub.

Həmçinin "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 43-ə çatdırıb. Eyni zamanda "Bayer" Bundesliqada ardıcıl 10 matçda qalib gəlib.

BAKU.WS