SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayer" - "Qarabağ" oyunu 5-1 hesabı ilə yekunlaşıb. 

***00:31

"Bayer" oyunda 5-ci qolu vurub. 

***00:12

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri fərqi daha da artırıblar - 4:1.

54-cü dəqiqədə Alexandro Qrimaldo dubla imza atıb.

***00:02

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandası arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

Meydan sahibləri hazırda 3:1 hesabı ilə öndədir.

***2023-10-26 23:46

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandası arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

Meydan sahibləri fasiləyə öndə yollanıblar - 3:1.

***23:36

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda dördüncü qol vurulub.

Meydan sahibləri fərqi artırıblar - 3:1.

35-ci dəqiqədə Viktor Bonifeys fərqlənib.

***23:29

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üçüncü qol vurulub.

Meydan sahibləri növbəti dəfə hesabda önə keçiblər - 2:1.

29-cu dəqiqədə Alexandro Qrimaldo fərqlənib.

***23:16

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.

16-cı dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib.

Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

***23:07

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

5-ci dəqiqədə meydan sahibləri fərqləniblər.

Leverkuzen təmsilçisində Florian Virts adını tabloya yazdırıb.

***23:00

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

"Bay Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını 5:1 hesabı ilə üstələyib.

***22:46

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Bayer 04": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral bayramov, 18. Juninyo Olavio

Qeyd edək ki, bu gün "Bay Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

BAKU.WS