SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub.

Qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

30-cu dəqiqədə Mateus Saldanya, 57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt oynanılıb. 116-cı dəqiqədə Kristian Beliç ikinci sarı vərəqəni alaraq "Partizan"ı azlıqda qoyub. Əlavə vaxt qolsuz yekunlaşdığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Serbiya klubu pley-offa yüksəlib.

Komanda pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

***01:41

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda penaltilər seriyası olacaq.

Qarşılaşmanın əsas və əlavə vaxtı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

***01:06

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başlayıb.

Meydan sahibləri 2:0 hesabı ilə öndədir.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazanmışdı.

***01:00

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

Meydan sahibləri 2:0 hesabı ilə öndədir.

Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub.

***00:20

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Meydan sahibləri fərqi daha da artırıblar.

57-ci dəqiqədə Bibras Natxo fərqlənib.

***00:06

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Neydan sahibləri 1:0 hesabı ilə öndədir.

30-cu dəqiqədə Mateus Saldanya fərqlənib.

***23:49

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Meydan sahibləri 1:0 hesabı ilə öndədir.

30-cu dəqiqədə Mateus Saldanya fərqlənib.


Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mateus Saldanya fərləqnib.

***23:00

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü polşalı Bartoş Frankovski idarə edir. Cütün qalibi pley-offda Danimarka "Norşellann"ı ilə üz-üzə gələcək.

***21:57

Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Partizan" və "Sabah"ın start heyətləri müəyyənləşib.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

"Partizan": 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya

Baş məşqçi: İqor Dulyay

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov

Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

BAKU.WS