SİZİN REKLAM BURADA!
055 213 76 73


FİFA lisenziyalı, türkiyəli futbol hakimi Halil Umut Meler aprelin 11-də İngiltərənin "Liverpul" və İtaliyanın "Atalanta" komandaları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin oyununu idarə edəcək.

BAKU.WS xəbər verir ki, İngiltərənin Liverpul şəhərindəki "Anfild" stadionunda saat 20.00-da başlayacaq yarışda Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi  olaraqsa Arda Kardeşler çıxış edəcək.

Qarşılaşmada VAR funksiyasını Alper Ulusoy, AVAR funksiyasını isə Abdülkadir Bitigen yerinə yetirəcək.

Xatırladaq ki, dekabr ayında Türkiyə Superliqasında "Ankaragücü" klubunun prezidenti Faruk Koca "Çaykur Rizespor"la oyundan sonra hakim Halil Umut Meləri yumruqla vurmuşdu. Hakimə qarşı edilən bu hərəkətlər dünya mətbuatında geniş əks-səda doğurmuşdu.

BAKU.WS