SİZİN REKLAM BURADA!
055 213 76 73


Hakim Halil Umut Meleri yumruqla vuran Faruk Kocanın prezidenti olduğu "Ankaragücü" klubunun futbolçularının meydana Türkiyənin populyar "Kurtlar Vadisi" serialının "Cendere" musiqisi ilə daxil olduğu üzə çıxıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Xatırladaq ki, "Ankaragücü" - "Rizespor" görüşü 1:1 hesabı ilə başa çatıb. Final fitindən dərhal sonra "Ankaragücü" klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb.

Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyiblər. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıblar. Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.

Hadisə ilə əlaqədar Faruk Koca və 5 nəfər saxlanılıb.

BAKU.WS
VİDEO