SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb.

Oxu.Az-ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb.

***19:59

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.

***18:36

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

BAKU.WS