SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə "Liverpul"u "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 150 milyon avro ödəməyə hazırdır.

BAKU.WS-in xəbərinə görə, bu barədə "El Debate" nəşrinin məlumatında deyilir.

Lakin mənbə yazır ki, futbolçu Madrid klubundan ayrılmaq istəmir və İspaniya klubu Uruqvay millisinin oyunçusunu satmaq fikrində deyil.

Xatırladaq ki, 25 yaşlı Valverde 2016-cı ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 42 oyun keçirib, bir qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun "Real" ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir.

"Transfermarkt" portalına görə futbolçunun təxmini dəyəri 100 milyon avrodur.

BAKU.WS