Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub və yol polisi onu xəstəxanaya çatdırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb", - məlumatda bildirilib:
"Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər".
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...