Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...