AFFA Gəncə klubunun baş məşqçisini birillik futboldan uzaqlaşdırıb

AFFA Gəncə klubunun baş məşqçisini birillik futboldan uzaqlaşdırıb
İdman 1

AFFA U-13 Liqasında çıxış edən "Azəri" komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.

BAKU.WS report- istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Gəncə təmsilçisinə rəhbərlik edən mütəxəssis "Turan Tovuz"la matçda baş hakimi təhqir edib, referinin şərəf və layaqətini alçaldıb. Bundan əlavə, baş məşqçi ədalət təmsilçisini vurmağa da cəhd edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər