Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
Bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", – məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi "Instagram" hesabında İsmayıllı rayonundan paylaşım edib. BAKU.WS...