Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş və bürünc medal qazanıblar

25
fev
2024
17:21
Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü "İrina Deleanu Cup"da iki medal qazanıb.
BAKU.WS xəbər verir ki, idmançı beynəlxalq turnirində topla gümüş, halqa ilə hərəkətlərin icrasında bürünc medala yiyələnib.
Yığmanın digər üzvü Nəzrin Abdullayeva isə gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.
Qeyd edək ki, Sofiya Məmmədova və Nəzrin Abdullayevanın da heyətində mübarizə apardığı gənclərdən ibarət Azərbaycan millisi "İrina Deleanu Cup"da komanda hesabında ikinci yeri tutub.
Oxşar xəbərlər
Azərbaycanın bədii gimnastı Rumıniyada keçirilən 23-cü "İrina Deleanu Cup"da medal qazanıb
Azərbaycanın bədii gimnastı İlona Zeynalova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü "İrina Deleanu Cup"da medal qazanıb. "Report" xəbər verir ki, idmançı...
