SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada "Benfika" futbolçuları ilə dalaşıb.

BAKU.WS "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kamranın çıxış etdiyi "Boavişta" klubu  Portuqaliya çempionatının 17-ci turuunda lider "Benfika"nın qonağı olub.

Oyunun gedişində "Boavişta" 3:0 önə çıxsa da, hesabı sona kimi saxlaya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Kamran 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə 89-cu dəqiqədə Fabio Espinyonu əvəz edib.

Kamran vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alıb.  O, oyun başa çatdıqdan sonra "Benfika"nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu  Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb. Ehtimal edilir ki, "Benfika"nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.

Qeyd edək ki, bu nəticədən sonar "Boavişta" 21 xalla 11-ci pillədə qərarlaşıb.

"Benfika" 3-3 "Boavişta"

Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25
 
BAKU.WS