SİZİN REKLAM BURADA!
055 213 76 73


 

FİFA yığmaların aylıq reytinq cədvəlini açıqlayıb. 


BAKU.WS-in məlumatına görə, milli komandamız reytinq siyahısında mövqeyini yaxşılaşdırıb. Yığmamız aktivindəki 3o2 xalla reytinq cədvəlində 2 pillə irəliləyərək 106-cı sıraya yüksəlib. 

Reytinq siyahının ilk üç pilləsində isə Argentina (1425), Belçika (1244) və Almaniya (1226) yığmaları qərarlaşıb. Kolumbiya 1218 xalla 4-cü pillədəki yerini qoruyub saxlayıb. İlk beşliyi 1186 xalla 2014-cü futbol üzrə Dünya Çempionatının ev sahibi Braziliya tamamlayıb. 

Reytinq cədvəlindəki digər yığmalardan Rusiya 782 xalla 31-ci, Ermənistan 373 xalla 88-ci, Türkiyə yığması isə 627 xalla 45-ci pillədə yer alıb.
 

BAKU.WS