SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kuboku matçının maliyyə detalları açıqlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ər-Riyadda oynanılacaq matç üçün böyük büdcə ayıran Səudiyyə Ərəbistanı iki kluba ümumilikdə 108 milyon TL pul mükafatı paylayacaq.

Kuboku qazanacaq komanda 65 milyon TL, finalçı isə 43 milyon TL mükafat alacaq. Bundan əlavə, komandaların bütün xərcləri qarşılanacaq.

Ötən il Superkubokda "Sivasspor"u 4:0 hesabı ilə məğlub edən "Trabzonspor" 5 milyon lirə gəlir əldə edib.

Beləliklə, ölkə xaricində oynanılacaq finalda kuboku qazanan komandanın gəliri 13 dəfə artıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Super Kubokunun final matçının ölkəmizdə keçirilməsi  təklif edilmişdi.

BAKU.WS