SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. 

Deputat əlavə edib ki, bundan sonra valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürüb saxlamaq daxil olmaqla, bütövlükdə 5 uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər: 

"Həmin vaideynlərin pensiya yaşı 5 il azaldılacaq. Əvvəlki qanunda bu hüquq yalnız analara şamil edilirdi. Yeni qanunla atalar da 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edəcəklər".

BAKU.WS
VİDEO