SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 30-da “Qalatasaray” – “Fənərbaxça” arasında Superkubok matçına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı Türkiyə Futbol Federasiyasına (TFF) 10 il Türkiyə Kubokuna ev sahibliyi etməyi təklif edib.

Təklifə əsasən, Superkubok oyunu 2033-2034-cü il mövsümü də daxil olmaqla Ər-Riyad və Ciddədə oynanılacaq. Superkubok və Türkiyə kuboku üçün qarşı tərəfə ümumilikdə 100 milyon avro veriləcək.

Səudiyyənin TFF-yə 100 milyon avroluq təklifində həmçinin tələb olunur ki, Türkiyə kuboku uğrunda oyunların final mərhələsi dördlük formatında baş tutsun. Son 4 klub 3 gün ərzində Səudiyyə Ərəbistanında matçlar keçirsin. İlk gün oyunlarda məğlub klublar 2 gün sonra üçüncü yer uğrunda görüşə çıxsınlar. Qaliblər isə finalda qarşılaşsın.

Türkiyə kubokunda final dördlük reallaşarsa, 5 milyon avro mükafat fondu olacaq. Sıralamaya görə 4 komanda; 2 milyon avro, 1,5 milyon avro, 900 min avro və 600 min avro mükafat alacaq. 

BAKU.WS