SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə paytaxtda güclü külək nəticəsində irigövdəli ağac kökündən çıxaraq yola aşıb.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə axşam saat 8 radələrində, metronun “28 May” stansiyasının yaxınlığında, Şamil Əzizbəyov küçəsində baş verib.

Ağac aidiyyatı qurumun əməkdaşları tərəfindən təmizlənərək ərazidən götürülüb.

Hadisə yeribdən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO