SİZİN REKLAM BURADA!
055 213 76 73


"Barselona"nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sport.es" məlumat yayıb.

Nəşrin yazdığına əsasən, futbolçunun müqaviləsində 2024/2025-ci illər mövsümündən sonra matçların 55%-dən az iştirak etməsi şərti ilə İspaniya klubunun müqaviləni vaxtından əvvəl ləğv edə biləcəyi bənd var.

Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, bu il La Liqa mövsümündə polşalı forvard 15 matçdan 13-də meydana çıxıb, yeddi qol (ikisi penaltidən) və üç məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS