Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
BAKU.WS xəbər verir ki, Hamburqda gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Püşkatmaya 21 milli komanda qatılacaq. Türkiyə millisi 2-ci səbətdə yer alacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
Səbətlər belədir:
1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi
Oxşar xəbərlər
Türkiyə yığmasının AVRO-2024-dəki MÜMKÜN RƏQİBLƏRİ
Uels millisi ilə dünən baş tutan qarşılaşmada heç-heçə edən Türkiyə yığması qrup lideri kimi AVRO-2024-ə vəsiqəni təmin edib. BAKU.WS xəbər verir ki, Türkiyə m...
