SİZİN REKLAM BURADA!
055 213 76 73


"Beşiktaş" klubu Burak Yılmazla yolları ayırdığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.

Rəhbərlik baş məşqçisi postunu müvəqqəti icra edən Burak Yılmazın öz istəyi ilə yollarını ayırdığı bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəşin istefasından sonra bu vəzifə onun köməkçisi Burak Yılmaza həvalə edilmişdi.

"Beşiktaş" ötən gün UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunun ev oyununda Norveçin "Budyo-Qlimt" klubuna 1:2 hesabı ilə uduzub.

BAKU.WS