SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başa çatıb. 

Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.

***21:58

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.

***21:47

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

***21:33

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda birinci hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıb.

***20:45

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Start fitindən əvvəl Liviya və Mərakeşdə baş verən hadisələrlə bağlı bir dəqiqəlik sükut olub.

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.

***20:00

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək "Qarabağ" və Norveçin "Molde" klublarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo

"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

BAKU.WS
VİDEO