SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçdə “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Nəticələrə əsasən mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.

Belə ki, ikinci yarımfinaldan sonra aşağıdakı ölkələrin təmsilçiləri “Avroviziya-2024”ün finalına yüksəliblər:

- Yunanıstan

- İsveçrə

- Avstriya

- Latviya

- Gürcüstan

- Estoniya

- İsrail

- Norveç

- Niderland

- Ermənistan
Qeyd edək ki, müsabiqənin finalı mayın 11-də Malmö Arenanın səhnəsində baş tutacaq. Finalda 26 ölkə mübarizə aparacaq. Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveç birbaşa finala çıxıb:

- Kipr

- Serbiya

- Litva

- İrlandiya

- Ukrayna

- Xorvatiya

- Finlandiya

- Portuqaliya

- Lüksemburq

- Sloveniya

***05.09.2024

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

BAKU.WS xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər.

Finala çıxmaq uğrunda Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San-Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland mübarizə aparacaq.

Yarımfinalın sonunda televiziya izləyicilərinin səsverməsi nəticəsində finala çıxan ikinci onluq elan ediləcək, onlar müsabiqədə iştiraklarını davam etdirəcək və “Avroviziya-2024”ün mayn 11-də finalında yenidən səhnəyə çıxacaqlar.

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalına dünən yekun vurulub. Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar. Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.

BAKU.WS
VİDEO