SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulda keçirilən qaçaqmalçılıq əməliyyatında 85 min cüt ayaqqabı ələ keçirilib, 2 şübhəli saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları Çin və Vyetnamda istehsal edilən məşhur markalara aid ayaqqabıların qaçaq yolla ölkəyə gətirilərək Eyüpsultandakı anbara yerləşdirildiyini müəyyən edib.

Məhsulların Qurban bayramından əvvəl buraxılacağını təyin edən qruplar, təxminən 1 aylıq texniki və fiziki təqibdən sonra sözügedən anbarda əməliyyat keçirib.

Aparılan axtarış zamanı 85 min cüt ayaqqabı ələ keçirilib və 2 şübhəli saxlanılıb.

Şübhəlilər polis bölməsinə aparılarkən, təxminən 24 yük maşını dolduran ayaqqabılar müsadirə edildi.

Digər tərəfdən, ələ keçirilən məhsulların bəziləri İstanbul Polis İdarəsinin Vətən küçəsində yerləşən şəhərciyində mətbuat üçün sərgilənib.

BAKU.WS