SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

"Köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

***21:46

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

85-ci dəqiqədə Juninyo "köhlən atlar"ı yenidən hesabda önə keçirib.

***21:38

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

Qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər - 1:1.

***21:16

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.

***21:07

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Birinci yarıdan sonra görüşdə hesab açılmayıb.

***20:52

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.

İlk yarıdan sonra qapılara qol vurulmayıb.

***20:00

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Matçın baş hakimi israilli Roy Reinsreyberdir.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.

***19:00

Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Finlandiya HİK-inin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka

Baş məşqçi: Toni Korkeakunnas

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

BAKU.WS