SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol ulduzları Kriştiano Ronaldo və Lionel Messi yenidən qarşılaşa bilərlər.

BAKU.WS xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl-Bilad" qəzetinin jurnalisti Əli Alabdallah "X" sosial şəbəkəsində yazıb.

Çində ABŞ-ın "İnter Mayami" klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandaları arasında oyunun keçirilə biləcəyini yazıb.

Mənbənin sözlərinə görə, qarşılaşmanı müəyyən beynəlxalq marketinq şirkəti təşkil etmək istəyir. Bu matçda Lionel Messi və Kristiano Ronaldo da daxil olmaqla bütün ulduz futbolçuların iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, futbolçular artıq 2023-cü ilin əvvəlində bir-biri ilə qarşılaşıblar.

Argentinalı PSJ-də, portuqaliyalı isə "Ər-Riyad" klubunda çıxış edib.

Xatırladaq ki, Ronaldo 2 yanvar 2023-cü ildə "Əl-Nəsr"ə, Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə transfer olub.

BAKU.WS