Azərbaycan güləşçisi finala yüksələrək olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
***18:14
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib.
O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib.
Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...
