SİZİN REKLAM BURADA!
055 213 76 73


“Belçika ilə oyundan sonra səhərə kimi həmin epizodu düşündüm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın əvvəllərində qaçırdığı qol şansını da xatırlayıb:

“Həmin epizodda qol vurmalı idim. Açığı, elə bildim ki, rahat vuracağam. Həmin rahatlıq, bəlkə də, məni çaşdırdı”.

Futbolçu İordaniya ilə görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:

“Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşməkdir. Onun üçün hazırlaşırıq. Yenə də sabah qələbə qazanmaq istəyirik. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.

BAKU.WS