SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisi İsveçlə qarşılaşmada 5:0 hesabı ilə məğlub olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.

***00:36

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab yenidən dəyişib.

88-ci dəqiqədə J.Karlsson hesabı 4-0-a çatdırıb. 89-cu dəqiqədə isə A.Elanqa hesabı 5:0-a çatdırıb.

***00:25

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab dəyişib.

79-cu dəqiqədə meydan sahibləri hesabı 3:0 ediblər.

***00:13

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada hesab dəyişib.

Meydan sahibləri fərqi iki topa çatdırıblar.

Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.

İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir.

***23:32

Stokholmdakı “Friends Arena”da İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda hesab açılıb.

Meydan sahibləri 38-ci dəqiqədə fərqləniblər.

Yarımmüdafiəçi Emil Forsberq dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib.

İsveç seçməsi hazırda 1:0 hesabı ilə öndədir.

***22:48

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşma start götürüb.

***21:46

AVRO-2024-ün seçmə mərhələsinin II turunda üz-üzə gələcək İsveç və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 2. Linus Valkvist, 6. Qabriel Qudmundsson, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 10. Emil Forsberq, 21. Deyan Kuluşevski, 17. Viktor Dyekereş, 9. Aleksander İsak

Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hein, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starferlt, 16. Yesper Karlström, 20. Kristoffer Olsson, 22. Robin Quayson

Baş məşqçi: Yan Andersson

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 18. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 10. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Stokholm şəhərindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

BAKU.WS