SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.

38-ci dəqiqədə Yannik Karrasko fərqlənməyi bacarıb.

***18:07

Bakıda keçirilən AVRO-2024 seçmə mərhələsinin V turu çərçivəsində keçirilən Azərbaycan - Belçika qarşılaşmasında ikinci hissə başladı. 

***17:52

Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

Qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.

***17:44

Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda hesab açılıb.

Qonaq komandanın yarımmüdafiəçisi Yannik Karrasko 38-ci dəqiqədə fərqlənib.

Belçika seçməsi hazırda 1:0 hesabı ilə öndədir.

***17:02

Bakıda Azərbaycan və Belçika milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin V tur oyunu başlayıb.

Qarşılaşma saat 17:00-da, “Dalğa Arena”da  start götürüb.

Matçı serbiyalı Nenad Minakoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***16:10

AVRO-2024-ün seçmə mərhələsinin V turunda üz-üzə gələcək Azərbaycan və Belçika millilərinin start heyətləri bəlli olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Baş məşqçi: Domeniko Tedesko

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

BAKU.WS