SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Qalatasaray" klubunun ulduz futbolçularından olan Mauro İkardi “Qaziantep”lə matçdan sonra ona hədiyyə edilən paxlavadan İtaliyadakı ailəsinə də aparıb.

BAKU.WS xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Belə ki, Superliqanın 4-cü həftəsində "Qalatasaray" səfərdə "Qaziantep FK" ilə qarşılaşıb. Matçın ardından klubun ulduz futbolçularından olan Mauro İkardiyə üzərində adı yazılmış Qaziantepin məşhur paxlavası hədiyə olunub.

Daha sonra İtaliyadakı ailəsini ziyarətə gedən Mauro paxlavadan onlar üçün də aparıb və onlar bir sini Qaziantep paxlavası ilə foto da çəkdiriblər.

BAKU.WS
QALEREYA