SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasını çempion kimi tamamlayan “Qalatasaray”ın başı transfer məsələlərinə qarışıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti sezon üçün Çempionlar Liqasına hazırlaşan və hücumçu transferinə üstünlük verən "Cim-bom"da serbiyalı forvard Luka Yoviçlə danışıqlar davam edir.

Məlumata görə, 25 yaşlı hücumçu ilə razılaşma əldə olunub. Hər şey onun klubu "Fiorentina"dan asılıdır. Bu transferdə İtaliya komandasının münasibəti mühüm rol oynayacaq.

Sol cinah müdafiəçisi mövqeyində seçilən ad isə Angelinodur.

“Sarı-qırmızılı”lar bu oyunçunu almaq şərti ilə icarə istəyirlər, lakin 26 yaşlı İspaniyanın sol cinah müdafiəçisinin klubu “RB Leipzig” oyunçunu “bonservis”lə satmaq istəyir.

“Qalatasaray”da transfer danışıqlarında ən müsbət irəliləyiş əldə edilən ad məhz Angelinodur.

Klub azarkeşlərinin səbrsizliklə gözlədikləri önəmli sima isə hazırda PSJ-də çıxış edən argentinalı yarımmüdafiəçi Leandro Paredesdir.

Qeyd edilib ki, bu transfer üçün təklif 3+1 ildir. Fransız klubu oyunçu üçün gələn bütün təklifləri nəzərə alaraq ən uyğun qərarı verəcəyini açıqlayıb.

Son mövsüm “qalatasaray”lıların sevgisini qazanan Mauro İkardi məsələsində isə hələ ki mühüm irəliləyiş qeydə alınmayıb.

Argentinalı hücumçu üçün ailə çox önəmlidir. Övladlarının alacağı təhsil və ailəsi ilə birlikdə quracağı dinc mühit İkardi üçün əsas prioritetdir. Hazırda futbolçuya Səudiyyə Ərəbistanından ciddi təkliflər var.

Ancaq 30 yaşlı argentinalı hücumçu "Qalatasaray"da çox xoşbəxtdir, İstanbulda qalmaq istəyir, amma Avropadakı digər təkliflər onun getmək ehtimalını artırır.

"Qalatasaray"ın İkardi üçün təklifi 7,5 milyon avro ilə 8 milyon avro arasındadır. İkardi tətili başa çatdıqdan sonra təklifləri nəzərdən keçirəcək.

BAKU.WS