SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı komandası "Qalatasaray"da icarə əsasında forma geyinən Mauro İkardi üçün qonorar və bonuslarla birlikdə 100 milyon avro təklif edib.

BAKU.WS "Ensonhaber"ə istinadən xəbər verir ki, argentinalı ulduz ilə Səudiyyə Ərəbistanı klublarından biri transfer masasına əyləşib.

Adı çəkilməyən ərəb klubunun argentinalı futbolçuya 100 milyon avro təklif etdiyi bildirilib.

Fransa nəhəngi PSJ ilə razılığa gələn Səudiyyə Ərəbistanı komandasının İkardiyə illik 25 milyon avro qarşılığında 3 illik müqavilə təklif etdiyi qeyd olunur.

Bildirilib ki, Mauro İkardinin transferi üçün PSJ-yə edilən bonuslarla birlikdə təklif edilən ümumi məbləğ 100 milyon avrodur.

30 yaşlı futbolçu bu mövsüm çempionluq qazandığı "Qalatasaray"ın heyətində 26 matça çıxıb. İkardi bu oyunlarda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS