SİZİN REKLAM BURADA!
055 213 76 73


Müqavilə ilə PSJ-yə məxsus olan, icarə əsasında "Qalatasaray"da çıxış edən argentinalı futbolçu Mauro İkardi İstanbul təmsilçisində qalmaq istədiyini deyib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "TNT Sports Argentina" onun dediklərini sitat gətirib.

"İstanbulda qalmağı sözün əsl mənasında, istəyirəm. PSJ-də dünyanın ən yaxşı futbolçuları ilə eyni komandada oynasam da, özüm haqqında heç nə eşitməmişəm. Burada mənim üçün çox daha maraqlıdır".

Qeyd edək ki, İkardi cari mövsüm "Qalatasaray" forması ilə 17 matça çıxıb. O, 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. İcarə müqaviləsi cari mövsümün sonuna qədər olan cənubu amerikalının anlaşmasında Türkiyə klubuna daimi əsasda transferi nəzərdə tutulmayıb.

Argentinalının PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

Transfermarkt İkardini 18 milyon avroya qiymətləndirir.

BAKU.WS