SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Superliqasının son çempionu “Qalatasaray” ötən mövsüm göstərdiyi performansla azarkeşlərin ürəyinə yol tapan və qələbədə böyük pay sahibi olan Mauro İkardi ilə danışıqlara başlanıldığını açıqlayıb. Argentinalı ulduz Türkiyə vaxtı ilə saat 23 radələrində şəxsi təyyarə ilə İstanbula gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçunu hava limanında minlərlə azarkeş qarşılayıb. 

Təyyarəsini internet üzərindən 60 mindən çox insan izləyən dünya şöhrətli futbolçu İstanbulda böyük coşğu ilə qarşılanıb. Atatürk Hava Limanına axın edən minlərlə pərəstişkar İkardi və ailəsinə sevgi dolu şüarlar səsləndirib.

Qarşılamadan sonra İkardi ilk açıqlamasında, "Türkiyənin ən böyük klubundayıq", - deyib:

"Türkiyənin ən böyük klubundayıq. Bunu bir daha göstərməliyik. Oyun-oyun irəliləməliyik. Keçən həftə matçlara başlamışıq. Bundan sonra hər matça təkrar-təkrar baxmalı olacağıq. Keçən il çempionluğu belə qazanmışdıq. İndi növbəti oyunlarda qalib gələcək və bu yolla irəliləyəcəyik. Ümid edirəm ki, "Aşkın Olayım" mahnısını stadionda bu sezon da çox dinləyəcəyik. Çox qol vuracağam və bu mahnı stadionda səslənəcək".

Çılğın "Qalatasaray" azarkeşləri səhhətində problem yaşayan Vanda Naraya da sevgi nümayiş etdirib. Əllərində "Şəfa diləyirik, Vanda Nara" yazılı plakatlar tutaraq İkardi ailəsinə sevgi nümayiş etdiriblər.

Qeyd edək ki, "Qalatasaray"la 3 illik müqavilə bağlayan İkardi kluba 26 milyon avroya başa gəlib. Bu anlaşmada PSJ-yə 10 milyon avro ödəniləcək. Təcrübəli hücumçunun illik qonorarı 5,3 milyon avrodur. Sponsorlar da bu transferdə aktivdirlər. Əlavə ödənişlər (3, 3,5 milyon avro) sponsorlar tərəfindən ödəniləcək.

BAKU.WS
VİDEO

VİDEO