SİZİN REKLAM BURADA!
055 213 76 73


"Səhnə şoularını yaratmaq indi daha asandır. O zaman biz səhnədə çıxış edəndə şou üçün qızıl yağış yağdırıldı. Biz qısılıb qalmaq məcburiyyətində idik ki, çünki o bizi yandıra bilərdi. Bir az qorxduq ki, saçlarımıza düşüb yandıra bilər"

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nigar Camal 2011-ci ildə iştirak etdiyi Avroviziyadan danışarkən deyib.

Sənətçi qeyd edib ki, hazırda mötəbər yarışda maraqlı mahnıların yerini maraqlı şoular alıb:

"İndiki Avroviziyada şoular daha maraqlıdır. Biz köhnə mahnılara baxırdıq. Əvvəllər daha maraqlı mahnılar olurdu. Daha yaddaqalan mahnılar olurdu. İndi isə yaddaqalan sadəcə şoulardır".

Xatırladaq ki, Nigar Camal 2011-ci il Avroviziya yarışmasında ölkəmizi Eldar Qasımovla təmsil edib. Onların duet formasında ifa etdiyi "Running Scared" Azərbaycana birincilik gətirib.

BAKU.WS
VİDEO