SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümümdünya Şahmat Olimpiadasına yekun vurulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, 47 ölkədən 63 komandanın mübarizə apardığı olimpiadada Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma yarışı 12-ci pillədə başa vurub. Read Səmədov birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.

BAKU.WS