Çempionlar Liqası: “Qarabağ” beş qol vurulan qarşılaşmada məğlub oldu - YENİLƏNİB

Çempionlar Liqası: “Qarabağ” beş qol vurulan qarşılaşmada məğlub oldu - YENİLƏNİB
İdman 196

"Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. Çenstoxovadakı "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

***00:09

Təmsilçimiz “Qarabağ” “Rakuv”la görüşdə yenidən hesabda geri düşüb.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə S.Kittel fərqlənib.

***23:51

Təmsilçimiz “Qarabağ” “Rakuv”la görüşdə hesabı bərabərləşdirib. 75-ci dəqiqədə R.Cica özünün və komandamızın ikinci qolunu vurub.

***23:49

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

Ağdam klubundan Redon Cica 73-cü dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:2.

***23:48

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

71-ci dəqiqədə meydan sahibləri ikinci topu Ağdam klubunun qapısından keçirib. Qolun müəllifi Fabian Pyasetski olub.

***23:32

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

55-ci dəqiqədə Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev avtoqol müəllifi olub

***23:21

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Birinci yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

***23:05

Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Miejski" stadionunda oynanılan görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***22:15Polşada "Rakuv" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Miejski" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:15-də start götürüb.

Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edir.

Qeyd edək ki, komandaların cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Son xəbərlər