Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
07
sen
2024
21:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
"Report"un məlumatına görə, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
O, finişə 58.13 saniyəyə çatıb.
Qeyd edək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi. Paris-2024 sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...