SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın transfer danışıqlarına başladığı tanınmış futbolçu Vilfrid Zaha İstanbula gəlib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz futbolçunu hava Limanında "Qalatasaray" azarkeşləri qarşılayıb.

"Xoşbəxtəm. Ən qısa zamanda stadionu görmək və orada olmaq istəyirəm. Meydana çıxıb azarkeşlərin önündə futbol oynamağı gözləyirəm", - deyə 30 yaşlı futbolçu deyib.

Zahanın tibbi müayinələrdən sonra İstanbul təmsilçisi ilə 3 illik müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, ulduz futbolçu 2022-2023 mövsümündə "Kristal Pelas"ın heyətində 28 rəsmi matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

30 yaşlı Zaha "Kristal Pelas"ın yetirməsidir. O, 2013-cü ildə "Mançester Yunayted"ə keçərkən klubdan ayrılıb. Lakin 2014-cü ilin avqustunda Zaha doğma komandasına qayıdıb.

BAKU.WS
VİDEO

QALEREYA