SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib:

“Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə edib və sinif otağına qayıtmadan məktəb ərazisini tərk edib. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılıb. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Tərtər şəhər 2 saylı orta məktəbin şagirdinin başqa məktəbin şagirdi olan həmyaşıdı arasında dava-dalaş baş verib. Yeniyetmələr arasındakı əlbəyaxa dava zamanı onlardan biri ağır xəsarət alıb. Xəsarət alan 15 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

*** 12:51

“Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək”.

Bu sözləri İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin direktoru Gülarə Əkbərova iki məktəbli arasında düşən davanın təfərrüatı ilə bağlı danışarkən deyib.

“Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib”, - deyə o, əlavə edib.

Direktor onu də bildirib ki, dava edən digər məktəbli haqqında məlumatı yoxdur.

Daha ətraflı Baku Tv-nin süjetində:

***10:22

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO